16.02.2018

Fənn Olimpiadalarının  yarımfinal mərhələsinə hazırlıqla bağlı görüş keçirilib

Məlum olduğu kimi, 4 fevral 2018-ci il  tarixdə məktəblilərin  Fənn  Olimpiadalarının I mərhələsi (rayon mərhələsi) keçirilib. Beyləqan rayonundan həmin mərhələdə 7 fənn üzrə 254 nəfər şagird iştirak edib. Olimpiadanın yarımfinal mərhələsinə 5 fənn üzrə 30 nəfər şagird iştirak hüququ qazanıb. 16 fevral 2018-ci il tarixdə yarımfinal mərhələdə iştirak edəcək şagirdlər və onların müvafiq  fənlər üzrə müəllimləri  Təhsil Şöbəsi metodiki kabinetində görüş-seminar  təşkil  olunub.  

Metodiki kabinetin müdiri  Həsən Məmmədov  tədbiri giriş sözü ilə açaraq olimpiadaların I mərhələsinin nəticələrini analiz və ətraflı şərh edib. Bəzi  fənlər üzrə səviyyənin aşağı olması , az balla II mərhələdə iştirak hüququ qazanılmanın səbəbləri barədə danışıb. 

Növbəti  mərhələyədək  şagirdlərin, eyni zamanda onlarla hazırlıq işi aparan fənn müəllimlərinin qarşısında duran vəzifələrə  çox ciddi məsuliyyətlə yanaşmaları  tövsiyə olunub.  İstifadə ediləcək  tövsiyə və  müvafiq vəsaitlərdən  səmərəli istifadə etmələri tapşırılıb.