23.01.2018

Seminar – məşğələ

    Dövlət  İmtahan  Mərkəzi  yeni  nəzarətçi  müəllimlərin  test  imtahanlarına  hazırlanması,  imtahan texnologiyaları  və prosedur qaydaları barədə  məlumatlandırılması , imtahanda idarəetmə ilə bağlı metod və üsulların izah edilməsi , şəxsi anket məlumatlarının dəqiqləşdirilməsi  məqsədi ilə 17 yanvar 2018-ci il tarixindən baçlayaraq seminar – məşğələlərin keçirilməsi ni nəzərdə tutur.

   Respublikanın  müxtəlif  şəhər  və rayonlarının  orta  ümumtəhsil  müəssisələri  tərəfindən  nəzarətçi kimi  təqdim  olunan  müəllimlərin  tərtib olunan qrafikə uyğun olaraq seminar-məşğələlərdə mütəşəkkil iştirakını təmin etmək məqsədi ilə Beyləqan rayonunda  23 yanvar 2018-ci il tarixində seminar – məşğələ keçirilmişdir.  Seminarda Beyləqan rayon ümumtəhsil  məktəblərindən 34 nəfər  müəllim iştirak edirdi.


Açar sözlər: ,