19.01.2018

Şəhidlər ölməz, Vətən bölünməz!

19 yanvar 2018-ci ildə K. Nəsirov adına Əlinəzərli kənd 1 nömrəli tam orta məktəbində 20 yanvar faciəsinin 28-ci il dönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi və bütün pedaqoji heyət iştirak edib. Məktəbin təşkilatçısı Feyziyeva Nəzakət tədbiri açıq elan edib.  Azərbaycan Respublikasının Dövlət himni ifa edildikdən sonra, Azərbaycan Respublikasının müstəqilliyi və bütövlüyü uğrunda şəhid olan şəhidlərimizin və ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tarix müəllimi Ülkər Gülməmmədova yanvar faciəsinin tarixi səbəbləri, Bakıya hücum, Qara yanvar qurbanları, xalqımızın əzmkarlığı, birliyi, mənəvi dəyərləri və müstəqillik haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Sonra hərbi rəhbər Kamil Allahverdiyev yanvar faciəsi zamanı hücumun gedişatı və coğrafiya müəllimi Pərviz Həsənli beynəlxalq reaksiyalar mövzusunda çıxış ediblər.

Şagirdlər bu mövzuda bayatılar, şeirlər söyləyiblər. Vətənpərvərlik və şəhidlər mövzusunda inşa və rəsm müsabiqəsi keçirilib.


Açar sözlər: ,  ,  ,