19.01.2018

Şəhidlər unudulmur.

19 yanvar 2018-ci il tarixində Beyləqan rayon 2 nömrəli tam orta məktəbində 20 yanvar faciəsinin 28-ci il dönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi və bütün pedaqoji heyət iştirak etdi. Məktəbin direktoru Mətanət Məmmədova Azərbaycan Respublikasının müstəqilliyi və bütövlüyü uğrunda şəhid olan şəhidlərimiz haqqında geniş məlumat verdi. Tarix müəllimi İlhamə Məmmədova yanvar faciəsinin tarixi səbəbləri, xalqımızın əzmkarlığı, birliyi, mənəvi dəyərləri və müstəqillik haqqında məlumat verdi. Sonra şagirdlər vətənpərvərlik haqqında şeirlər söylədilər və faciəni əks etdirən səhnəcik nümayiş etdirdilər


Açar sözlər: ,  ,  ,