22.01.2018

İnformatika müəllimlərinin seminarı keçirilib

Beyləqan rayonu ümumtəhsil məktəblərində fəaliyyət göstərən informatika müəllimləri və hər məktəbdən informatika fənni üzrə bilik , bacarığı ilə fərqlənən yuxarı sinif şagirdlərinin elektron resurslardan istifadəyə dair seminar yığıncağı keçirilib.

Seminarda RTŞ metodik kabinetinin müdiri  Həsən Məmmədov “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində görülən işlərin gedişi və həyata keçirilən tədbirlər barədə məlumat verib. Əldə olunmuş nailiyyətlərdən, həmçinin İKT -dən istifadə sahəsindəki nöqsanlardan, çatışmazlıqlardan bəhs edib. Fəal dərsin səmərəli təşkili üçün elektron resurslardan istifadənin zəruriliyindən danışıb.

Seminar menecer Cavid Məmmədovun təşəbbüsü və iştirakı ilə təşkil edilib. O, mövzu ilə bağlı xüsusi hazırlanmış slaydlar nümayiş etdirib. İstifadə olunacaq saytlar haqqında məlumat verib.

Təhsil Nazirliyinin “Pedaqoji əməkdaşlıq əlaqələrinin yaradılması barədə” 05 yanvar 2018-ci il tarixli, 21 nömrəli əmrinə uyğun olaraq tədbirə Fizuli və Xocavənd rayonlarının ərazidə fəaliyyət göstərən məktəblərinin informatika müəllimləri və şagirdləri də dəvət olunub.  


Açar sözlər: ,  ,