19.01.2018

               Tariximizin qəhrəmanlıq səhifəsi

                            

 

    Xalqımızın azadlıq uğrunda mübarizə tarixinə həm  qanlı olay, həm də kütəvi qəhrəmanlıq nümunəsi kimi düşmüş 20 Yanvar faciəsi hər il Beyləqan rayon Ak.M.Mehdizadə adına Şəhər  3 nömrəli tam orta məktəbdə  anım tədbirləri ilə qeyd olunur. Faciənin 28-ci il dönümü ilə əlaqədar bu il də məktəbimizdə geniş məzmunlu tədbirlər planı tutularaq həyata keçirilib. Ümumxalq hüzn günü ərəfəsində  “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir”  mövzusunda şagirdlər arasında inşa müsabiqəsi təşkil olunub, faciə qurbanlarının xatirəsini yad etmək məqsədi ilə məktəbin dəhlizində xatirə guşəsi yaradılıb, şagirdlər tərəfindən albomlar, foto-şəkillər, divar qəzetləri hazırlanıb və nümayiş olunub.

   Yanvarın 17-də məktəbimizdə faciə ilə bağlı anım mərasimi və dəyirmi masa keçirildi. Tədbir iştirakçıları öncə dəhlizdəki guşələrlə tanış olub, onların önünə qərənfillər düzdülər.

       Tədbiri giriş sözü ilə açan məktəbin direktor əvəzi Lamiyə Hüseynova həmin müdhiş gecədə baş verən hadisəıərdən ətraflı danışdı və 20 Yanvar faciəsini Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi olduğunu bildirdi.Qeyd etdi ki,o zaman ümumilli lider Heydər Əliyev heç nədən çəkinmədən Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək Mixail Qorbaçov və onun komandasının atdığı bu cinayətkar addımı kəskin tənqid etmişdi.

       Sonra  şagirdlərin  hazırladıqları ədəbi-bədii kompozisiyanı təqdim etdilər. Şagirdlərdən Temirli Ülkər,Hacızadə Zərifə,Əliyeva Bahar,Abbasxanov Nihad,Xudaverdili Leyla,Balakişiyev Allahverdi,İsmayılova Leyla və başqaları”şəhid qərənfillər””Ağla,qərənfil,ağla””Şəhidlər “,”20 Yanvar”,Matəm məzarları və başqa şeirləri söylədilər.Ə.İnci və T.Əhmədin nümayiş etdirdikləri İlham və Fərizənin ölüm səhnəsi tədbirin ən kövrək təsirli anları kimi yaddaşlara yazıldı.

     Kompozisiya başa çatdıqdan sonra məktəbin müəllimlərinin və fəal şagirdlərinin iştirakı ilə “Azadlığa gedən yol haradan başlanır”mövzusunda  dəyirmi masa keçirildi. Debat şəkilində təşkil olunmuş müzakirələrdə şagirdlər çıxış edərək 20 Yanvar faciəsinə qiymət verdilər,onu törədənlərin niyyətindən amansızlığından söz açdılar.Tarix müəllimləri “İsgəndərli Günay və Allahverdiyeva Mətanət çıxışlarında faciə ərəfəsində ölkədə yaranmış vəziyyətdən danışdılar. Qeyd edirlər ki, sovet ordusunun seçilmiş hissələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş bu qırğın xalqımızın azadlıq arzularını boğa bılmədi, onu ümummilli dəyərlər ətrafında daha sıx birləşdirdi.1991-ci ildə Azərbaycan xalqı öz müstəqilliyini bərpa edərək istiqlala qovuşdu.


Açar sözlər: ,  ,  ,  ,