28.12.2017

Fövqəladə hallarla bağlı davranış qaydaları

   26 dekabr 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi FHN-nin yerli qurumlarının əməkdaşları ilə birlikdə Beyləqan rayonu D.Əliyev adına II Şahsevən kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

  Tədbirin keçirilməsində məqsəd şagirdlərin sözügedən sahədəki biliklərini daha da təkmilləşdirmək, onlara təbii və texnogen mənşəli hadisələrin yaranma səbəbləri, onlardan qorunma yolları haqqında biliklərin aşılanması olmuşdur.

  Dinləyicilər fövqəladə hallar, onların xüsusiyyətləri barədə məlumatlandırılmış, onlara Zəlzələ”, “Dəm qazı”, “Hidrodinamik qəzalar”, “Məişətdə civə dağılmaları”, “Əyində geyim yanarkən davranış qaydaları” və “112 Qaynar Xəttinə müraciət qaydaları” mövzuları barəsində ətraflı məlumatlar verilmişdir.