26.12.2017

31 Dekabr Dünya azərbaycanlılarının həmrəylik günü və yeni il münasibəti ilə tədbir 

 

     Beyləqan rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi 26 dekabr 2017–ci il tarixdə rayon Gənclər Mərkəzində “Beyləqan gənclərinin maarifləndirilməsi və sosial inkişafı “ictimai birliyi ilə birlikdə 31 Dekabr Dünya azərbaycanlılarının həmrəyliyi günü və yeni il münasibəti ilə tədbir keçirmişdir.Tədbirdə rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi nin Rəqs və Musiqisevərlər dərnəkləri rəngarəng musiqi proqramı ilə çıxış etdilər.Tədbirin sonunda rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Z.Məmmədova bir qrup dərnək üzvlərinə və onların dərnək rəhbərlərinə diplom və hədiyyələr təqdim etdi. Tədbirdə iştirak edən qonaqlar da öz təbriklərini söylədilər.


Açar sözlər: ,  ,