05.10.2017

5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.

5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür. Müəllimlər günü YUNESKO-nun qərarı ilə 1966-cı ildən bayram olunur. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul edilib. Ölkəmizdə müəllimlər günü 1993-cü ildən qeyd edilməyə başlanıb. Beynəlxalq Müəllimlər günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb.
Müəllimlər günü münasibəti ilə Beyləqan rayonunda da tədbir keçrilmişdir.Tədbiri giriş sözü ilə Rayonun İcra Başçısı Vaqif Abdullayev açaraq,müəllimləri təbrik etmiş və onlara bu şərəfli peşədə uğurlar arzulamışdır. Rayon Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmova da çıxış edərək təhsildə olan uğurlardan danışdı,bütün pedaqoji heyəti təbrik etdi. Sonda Təhsil Nazirliyi tərəfindən keçrilən Diaqnostik Qiymətləndirmədən yüksək bal toplayan müəllimləri Rayonun İcra Başçısı Vaqif Abdullayev Fəxri Fərmanla təltif etdi.