08.09.2017

2016-2017-ci dərs ilində Beyləqan təhsilində əldə edilən uğurlu nəticələr

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə keçirilən " Ən yaxşı təqdimat " müsabiqəsində rayonun VIII-XI sinif şagirdləri təmsil olunmuşlar. Şəhər 3 nömrəli tam orta məktəbin XI sinif şagirdi Balakişiyeva İlahə respublika mərhələsində rayonu uğurla təmsil edərək qalib kimi III dərəcəli diplom və qiymətli hədiyələrlə mükafatlandırılmışdır.
Təhsil nazirinin müvafiq əmrinə əsasən IV İslam Həmrəyliyi Oyunlarının Proqramına daxil edilmiş idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri keçrilmişdir. Beyləqan məktəbliləri də bu yarışlarda fəal iştirak ediblər.Rayonun müxtəlif ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət Sərbəst-güləş komandası Şirvan şəhərində keçrilən zona yarışına qatılmışdır. Bu yarışlarda idmançı şagirdlərimiz 2 qızıl , 5 gümüş, 7 bürünc medal qazanmışlar. 
Azərbaycan Dövlət Sərhəd Xidmətinın yaradılmasının 98-ci ildönümünə həsr olunmuş, üç mərhələdə keçirilən hərbi idman oyunlarında bu il 27 sərhədyanı rayonun 141 mək¬təbinin 705 şagirdi iştirak etmişdir. Bu hərbi idman oyunlarının respublika mərhələsində rayonun Araz qəsəbə tam orta məktəbinin “Araz” komandası üçüncü yeri tutmuşdur. 
Beynəlxalq fənn olimpiadalarına hazırlıq məqsədi ilə keçrilən Fənn müsabiqəsinin Respublika mərhələsində 2 nəfər şagird qalib olmuşdur ( Yuxarı Aran kənd tam orta məktəbinın şagirdi fizika fənnindən II yer, Əlinəzərli kənd 1 nömrəli tam orta məktəbinın şagirdi isə biologiya fənnindən III yer tutmuşdur) .
Təhsil Nazirliyi ilə Rusiya Səfirliyinin birgə təşkil etdiyi Rus dili və ədəbiyyatı olimpiadasında şəhər 4 nömrəli tam orta məktəbin şagirdi Elvira Babayeva respublika mərhələsinin qalibi olmuşdur.
" Ədəbiyyat biliciləri " müsabiqəsinin Respublika mərhələsində şəhər 3 nömrəli tam orta məktəbin X sinif şagirdi Əliyeva İnci III yerə layiq görülmüşdür.
Buraxılış imtahanlarının nəticələrinə görə IX sinif məzunlarından 14 nəfəri ümumi orta təhsil haqqında fərqlənmə attestatı almışdır. XI sinif məzunlarından isə 7 nəfəri tam orta təhsil haqqında fərqlənmə attestatı ilə təhsilini başa vurmuşdur. 
Rayonun 7 təhsil müəssisəsində 7 təmayül sinif açılmışdı. Təmayül siniflərində 176 nəfər şagird təhsil alır.
Ali məktəblərə qəbul imtahanlarında 2016-2017-ci dərs ilinin məzunlarından 21 nəfəri yüksək bal toplamışdır. Bu məzunlardan 7 nəfəri 600 –dən , 14 nəfəri isə 500 –dən yuxarı bal toplayaraq Respublikanın müxtəlif ali məktəblərinə daxil olmuşlar. Şəhər 3 nömrəli tam orta məktəbin məzunu Balakişiyeva İlahə Rəfael qızı tam orta təhsili " Qızıl medal " la bitirmişdir.. 
Məlum olduğu kimi Təhsil Nazirliyinin müvafiq əmri ilə 2017-2018-ci dərs ili “ Ümumi təhsildə keyfiyyət ili ” elan edilmişdir.’’ İl ’’ çərçivəsində nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı Təhsil Şöbəsində Fəaliyyət Planı müəyyənləşdirilərək təsdiq edilmişdir. Rayonun təhsil müəssisələrində nəzərdə tutulan tədbirlərin icrasına artıq başlanılmışdır.