15.09.2017

15 sentyabr - Bilik günü

15 sentyabr - Bilik günü
Bu gün Beyləqan rayon ümumitəhsil məktəblərində “Bilik günü” qeyd olunub.
Tədbirdə Beyləqan rayon Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmova , təhsil işçiləri və ictimaiyyətin nümayəndələri iştirak edib
“Bilik günü”ndə iştirak edən RTŞ-nin nümayəndələri. rayon Icra hakimiyyəti işçiləri və qonaqlar yeni dərs ilinin başlanması münasibətilə məktəbliləri, valideynləri və müəllimləri təbrik edib, onlara uğurlar arzulayıblar.
.Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmova təhsil müəssisələrində çıxış edərək yeni tədris ilində qarşıya qoyulan məqsədlərdən söz açıb, məktəb məzunlarının qəbul imtahanlarında göstərdikləri uğurlardan bəhs edib.
Sonra məktəblilərin iştirakı ilə şeirlər, mahnılar və rəqslərdən ibarət konsert proqramı nümayiş etdirilib.