07.09.2017

Beyləqan rayonunda təhsil işçilərinin sentyabr konfransı keçrildi.

Beyləqan rayonunda təhsil işçilərinin sentyabr konfransı keçrildi.
Konfransda Beyləqan rayon təhsil şöbəsinin müdiri Xuraman Rüstəmova "2016-2017 -ci dərs ilinin yekunları və qarşıda duran vəzifələr " mövzusunda məruzə etmişdir. Məruzə ətrafında çıxışlar olmuş , o cümlədən Təhsil Nazirliyinin nümayəndəsi Asif Hacıyev və rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev öz çıxışlarında aktual məsələlərə toxunmuş, məruzənin mükəmməl işləndiyini xüsusi qeyd etmişlər.Rayonun təhsil sahəsində son dövürlərdə əsaslı irəliləyişin olduğu qeyd olunmuşdur. Ali məktəbə yüksək balla daxil olan tələbələr hədiyyələrlə təbrik etdilmiş , onlara uğurlar arzulanməşdır. 2017-2018 ci dərs ilinin "Təhsildə keyfiyyət ili " elan edilməsi barədə və müvafiq " Fəaliyyət planı" nda nəzərdə tutulmuş məsələlərin həyata keçrilməsi barədə danışılmışdır.
07 sentyabrda Beyləqan rayon 2 nömrəli tam orta məktəbində 
bölmə iclasları keçrilmişdir. 17 bölmədən ibarət iclaslarda iştirak edən təhsil və metodbirləşmə rəhbərlərinə təhsildə olan yeniliklər çatdırılmış , nəzərdə tutulan mövzular müzakirə olunmuşdur. Təhsil işçiləri rəy və təkliflərini bildirmişlər.